Bank Of Baku

Bakıda 30 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 30 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
# 22 avqust 2023 19:02 (UTC +04:00)

Nərimanov rayonu R.Əliyev küçəsində 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunun qətli ilə bağlı saxlanılan var.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Şəhniyarov Fariz Mənsim oğlu saxlanılıb.

***

07:56

Avqustun 22-da saat 07 radələrində Nərimanov rayonu R.Əliyev küçəsində 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən saxlanılması istiqamətindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR