Bakının Nərimanov rayonunda ağır yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Heydər Əliyev mərkəzinin qarşısında qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü İsmayılov Ramin Rafiq oğlu yolun piyada üçün müəyyən edilmiş hissəsindən keçərkən onu maşın vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.