Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 26, mənzil 35 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Cabbarova Qərənfil Nəcəf qızının qidadan zəhərlənməsi ilə bağlı məlumatlar təsdiqini tapmayıb.
Bu barədə APA-ya AQTA-dan bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb: "Belə ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Anaflaktik şok" diaqnozu ilə hospitalizasiya olunan xəstəyə göstərilən yardımlara baxmayaraq ölüm baş verib.
Xəstəxanadan verilən məlumata görə, pasiyentə adekvat təyin edilmiş və düzgün tətbiq edilmiş dərman maddəsinə patoloji reaksiya, toksik epidermal nekroliz, digər və dəqiqləşdirilməmiş dərman vasitələri, medikamentlər və bioloji maddələrlə təsir etmə, dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu qoyulub".
***
10.50
Xəzər rayon sakini qidadan zəhərlənərək ölüb.
APA xəbər verir ki, hadisə noyabrın 4-də Binə qəsəbəsində baş verib. Qəsəbə sakini 1976-cı il təvəllüdlü Qərənfil Cabbarova yaşadığı evdə qidadan zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş Q.Cabbarova orada ölüb.
Faktla bağlı araşdırma aparılır.