Bank Of Baku

Bakıda 55 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda 55 yaşlı kişini avtomobil vuraraq öldürüb
# 25 may 2023 08:52 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK yolu adlanan yerdə qeydə alınıb.

2002-ci il təvəllüdlü Piriyev Vüsal İsa oğlu idarə etdiyi “BYD” markalı avtomobillə piyada - 1968-ci il təvəllüdlü Fərzəliyev Kərəm Əhməd oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR