Bank Of Baku

Bakıda 59 yaşlı qadının dənizdə batdığı ehtimal olunur, axtarış gedir - VİDEO

Bakıda 59 yaşlı qadının dənizdə batdığı ehtimal olunur, axtarış gedir - VİDEO
# 23 dekabr 2022 14:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları dənizdə batması ehtimal edilən 1963-cü il təvəllüdlü Qurbanova Nərminə İslam qızının axtarışlarına başlayıblar.

Hazırda qruplar tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR