Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki. 1989-cu il təvəllüdlü Əsədov Elnur Nuru oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Zabrat qəsəbəsindən H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında piyada - 1957-ci il təvəllüdlü Abbasova Mehriban Cilovxan qızını vurub. Qadın aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzinə aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.