Bank Of Baku

Bakıda 9 avtomobil toqquşub, xəsarət alanlar var - Prospektdə tıxac yaranıb - FOTO

Bakıda 9 avtomobil toqquşub, xəsarət alanlar var - Prospektdə tıxac yaranıb - FOTO
# 19 iyun 2023 03:11 (UTC +04:00)

Bakının Nərimanov rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, yol qəzası Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, sürücülərin APA-ya verdiyi məlumata görə prospektin "Koroğlu" metrosu istiqamətinə gedən hissəsində tuneldə iki avtomobil toqquşub.

Daha sonra 7 avtomobil ardıcıl zəncirvari şəkildə biri birinə dəyib.

Qəza zamanı “Opel” markalı maşının sərnişini və “BYD” markalı avtomobilin sürücüsü Balakişi Hüseynov ağır bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım maşını gəlib. Yaralılar xəstəxanaya çatdırılıb.

Bu vaxt prospektdə hər üç zolaqda qəzaya uğramış avtomobillər olduğundan tıxac yaranıb.

Əraziyə Yol Patul Xidmətinin və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Yolda hazırda nisbətən tıxacın qarşısı alınıb. Hazırda sıxlıq var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR