Bank Of Baku

Bakıda aeroport şossesində zəncirvari yol qəzası baş verib - FOTO

Bakıda aeroport şossesində zəncirvari yol qəzası baş verib  - FOTO
# 21 iyul 2024 23:50 (UTC +04:00)

Bakının Xəzər rayonunda 4 avtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb.

Belə ki, yüksək surətlə hərəkətdə olan “Chevrolet” markalı maşının qarşısına köməkçi yoldan digər nəqliyyat vasitəsi çıxıb və nəticədə qəza baş verib.

Avtoqəzada 4 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb. Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər yoldan evakuasiya edilib.

Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR