Bakıda qonşu ana və qızını döyüb, qız ölüb - YENİLƏNİB

Bakıda qonşu ana və qızını döyüb, qız ölüb - YENİLƏNİB
# 01 noyabr 2023 10:53 (UTC +04:00)

Bakıda şəxsin sağlamlığına qəsdən ağır zərər vurmaqla ölümünə səbəb olma faktı ilə bağlı cinayət işi başlanıb.

Nəsimi rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət alması, qızı, 1987-ci il təvəllüdlü Nərminə Vəliyevanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1969-cu il təvəllüdlü Sayruz Səttərovun oktyabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qonşuları Marina Çabanova və Nərminə Vəliyevaya xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-ci (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

10.07

Bakıda 35 yaşlı qadın dava zamanı ölüb.

APA xəbər verir ki, hadisə Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi, 21 ünvanında qeydə alınıb.

1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə nəticəsində qonşuları-1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və qızı 1987-ci il təvəllüdlü Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla xəsarətlər yetirib. Həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR