Bank Of Baku

Bakıda ata oğlunu qətlə yetirib - YENİLƏNİB

Bakıda ata oğlunu qətlə yetirib - YENİLƏNİB
# 08 aprel 2023 07:13 (UTC +04:00)


Oğlunu öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb.

APA xəbər verir ki, bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb.

Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

***

Saat 06:55

Aprelin 8-də saat 04 radələrində Yasamal rayonunda evlərin birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlinini törətməkdə şübhəli bilinən, K.İsarfilovun atası 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub.


Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR