Paşha Bank
Bank Of Baku

Bakıda avtobusla maşının toqquşması nəticəsində xəsarət alan sürücü ölüb - VİDEO - YENİLƏNİB

Bakıda avtobusla maşının toqquşması nəticəsində xəsarət alan sürücü ölüb - VİDEO  - YENİLƏNİB
# 08 oktyabr 2026 09:28 (UTC +04:00)

Bakıda avtobusla maşının toqquşması nəticəsində xəsarət alan sürücü ölüb.

APA xəbər verir ki, sürücü Elçin Qədimov bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Emin Şirvanzadə

***

07.10.2026, 09:35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lada Granta" markalı minik avtomobili və “Daewoo” markalı avtobusun iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Lada Granta" markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində vətəndaşın deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1985-ci il təvəllüdlü Qədimov Elçin Qədim oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR