Bakıda avtomobil 87 yaşlı moped sürücüsünü vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Pirallahı rayonunda baş verib.
Bildirilib ki, 1991-ci il təvəllüdlü Eldar Səttarov idarə etdiyi "Toyota Aqua" markalı avtomaşınla 1938-ci il təvəllüdü Hacı Ağayevin idarə etdiyi moped markalı motosikletlə toqquşub.
Hadisə nəticəsində Hacı Ağayev aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli APA-ya bildirib ki, oktyabrın 21-də səhər saatlarında Pirallahı rayonu Gürgan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü E.Səttarovun idarə etdiyi “Toyota” markalı avtomobil 1938-ci il təvəllüdlü Hacı Aqayevin idarə etdiyi, mühərrikinin həcmi 50 kub santimetrədək olan mopedlə toqquşub. Nəticədə 87 yaşlı moped sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.