Bank Of Baku

Bakıda avtomobil piyadanın kürək sümüyünü sındırıb

Bakıda avtomobil piyadanın kürək sümüyünü sındırıb
# 30 oktyabr 2024 06:03 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 56 yaşlı Abdullayev Rüstəm Sərdar oğlu yolu keçərkən onu minik avtomobili vurub .

Yaralı kürək sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR