Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.
APA xəbər verir ki, qəza Suraxanı rayonunda qeydə alınıb. "Toyota Prius" markalı avtomobolin sürücüsü idarəetməni itirərək maşını "Mercedes" markalı avtomobilə çırpıb.
Hadisədə iki nəfər xəsarət alıb. Yaralılar əraziyə çağrılmış təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
Elşən Yəhyayev