Bank Of Baku

Bakıda avtomobil tikinti meydançasının hasarına çırpılıb - FOTO

Bakıda avtomobil tikinti meydançasının hasarına çırpılıb - FOTO
# 20 iyun 2023 04:49 (UTC +04:00)

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Ziya Bünyadov prospektində yüksək sürətlə hərəkət edən avtomobil digər minik avtomobili ilə toqquşub. İdaəetməni itirən nəqliyyat vasitələrindən biri tikinti gedən ərazidə yerləşdirilən hasara çırpılıb.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR