Bank Of Baku

Bakıda avtomobil yolayrıcına çırpılaraq aşıb, xəsarət alan var - FOTO - VİDEO

Bakıda avtomobil yolayrıcına çırpılaraq aşıb, xəsarət alan var - FOTO  - VİDEO
# 26 oktyabr 2022 03:47 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı maşını idarə edən sürücü yüksək sürətlə yolayrıcındakı beton arakəsməyə çırpılıb.

Nəticədə avtomobilin mühərrik yağı yola dağılıb.

Bununla da nəqliyyat vasitəsi dövrə vuraraq aşıb.

Hadisə nəticəsində sərnişin xəsarət alıb və sürücü hadisə yerini tərk edib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR