Bakıda avtomobilin vurduğu piyada ölüb.
APA xəbər verir ki, Əsgərov Cavid İsa oğlu idarə etdiyi özünə məxsus “Mercedes Benz C250 minik” markalı, 99-GC-949 dövlət qeydiyyat nişanlı avtomobili ilə Binəqədi rayonu, Atatürk prospekti ilə üzü “Gənclik” metrostansiyası istiqamətində hərəkətdə olduğu zaman piyada Babaşov Məhəmməd İmaməli oğlunu vuraraq xəsarətlər yetirib.
Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.