Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
# 26 fevral 2024 09:29 (UTC +04:00)

Bakıda qadını avtomobil vuraraq öldürüb.

APA xəbər verir ki, 1999-cu il təvəllüdlü Quliyev Fərid Niyazi oğlu özünə məxsus idarə etdiyi "Mercedes" markalı avtomobillə Suraxanı rayonu Əmircan qəsəbəsi ilə üzü Dədə Qorqud qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1967-ci il təvəllüdlü Asalayeva Amalya Nəcməddinovanı vurub.

Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR