Bank Of Baku

Bakıda avtomobillərin şüşələrini sındıraraq oğurluq edən şəxs saxlanılıb

Bakıda avtomobillərin şüşələrini sındıraraq oğurluq edən şəxs saxlanılıb
# 23 iyun 2023 14:34 (UTC +04:00)

Nərimanov rayonunda avtomobillərin şüşələrini sındıraraq qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, paytaxt ərazisində avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından telefon, noutbuk, pul kisələləri və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar Məmmədov tutulub. Araşdırmalar zamanı onun Nərimanov rayonu ilə yanaşı, paytaxtın Yasamal və Nəsimi rayonlarında da 10-a yaxın avtomobilin şüşəsini sındırdığı müəyyən edilib. Bu şəxsin törətdiyi qanunsuz əməllərin bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib. İlqar Məmmədov barəsində 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR