Bank Of Baku

Bakıda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Bakıda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb
# 23 avqust 2025 12:54 (UTC +04:00)

Paytaxt sakini olan iki nəfərin bank kartından ümumilikdə 3900 manat pul oğurlanıb.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR