Bank Of Baku

Bakıda bank kartlarından oğurluq edənlər saxlanılıb

Bakıda bank kartlarından oğurluq edənlər saxlanılıb
# 12 sentyabr 2025 12:53 (UTC +04:00)

Paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2355 manat talanıb.

APA DİN-ə istinadən xəbər verir ki, bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E.Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H.Süleymanov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR