Bakıda binanın eyvanı uçub.
APA xəbər verir ki, hadisə Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində baş verib.
Dörd mərtəbəli binanın ikinci mərtəbəsində balkon birinci mərtəbədə olan restoranın üzərinə uçub.
Şahidlərin bildirdiyinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.