Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində məişət tullantıları və quru ot 2 ha sahədə yanıb. Ərazinin plastikdən ibarət hasarı, ağaclar və ətraf ərazilər yanğından mühafizə olunub.
***
12.32
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
10.37
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, ərazidə quru ot və məişət tullantıları yanır.
Əlavə məlumat veriləcək.