Oktyabrın 25-də saat 22:22-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ünvanından tokvurma səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.
"Hadisə yerində 40-46 yaşlarında bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
***
03:19
Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində qeydə alınıb.
Belə ki, elektrik dirəyinə çıxan kişini cərəyan vurub. Nəticədə o hadisə yerində dünyasını dəyişib.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.