Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.Təcili tibbi yardım briqadasına müraciət qeydə alınmayıb.
***
16.47
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
APA FHN-ə istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.