Bank Of Baku

Bakıda dairədə yol hərəkəti qaydasını pozan sürücü qəza törədib - FOTO

Bakıda dairədə yol hərəkəti qaydasını pozan sürücü qəza törədib - FOTO
# 23 dekabr 2022 06:10 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə 20 Yanvar dairəsində qeydə alınıb.

Fərid Mahmudov idarəetməsində olan “Toyota” markalı avtomobillə nişanın tələbini pozub.

Bu zaman o maşınını əsas yolda olan eyni markalı digər nəqliyyat vasitəsinə çırpıb.

Hadisəyə səbəb olan sürücü APA-ya bildirib ki, qəza məhz onun yol hərəkəti qaydasını pozduğu üçün baş verib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Sürücülərin izahatı alınıb.

Fakta hüquqi qiymət verilməsi üçün avtotexniki ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR