Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Anaşkin küçəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü Həsənov Fərman Ərəbxan oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.