Bank Of Baku

Bakıda doqquzmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Bakıda doqquzmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
# 17 avqust 2023 21:10 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd dolab yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

"Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR