Bank Of Baku

Bakıda gənc oğlan bıçaqlanıb, vəziyyəti ağırdır

Bakıda gənc oğlan bıçaqlanıb, vəziyyəti ağırdır
# 12 iyul 2024 00:54 (UTC +04:00)

Bakının Sabunçu rayonunda 24 yaşlı oğlan dava zamanı bıçaq xəsarəti alıb.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Mirzəyev Raid Nazim oğlu dava zamanı bıçaqlanıb.

Yaralı yaxınlarının köməyi ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR