Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Zeynalov Məhəmməd Akif oğlu yolun əks tərəfinə keçmək istəyib.
Bu zaman onu minik avtomobili vurub.
Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.