Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 01 iyul 2024 05:48 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə "Karl Marks dairəsi" kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, “Honda” markalı avtomobilin sürücüsü yol nişanının tələbini pozaraq dairəyə dayanmadan daxil olub.

Bu zaman “Honda” markalı nəqliyyat vasitəsi dairədə hərəkətdə olan “Toyota” markalı maşına çırpılıb.

Zərbə güclü olduğundan “Honda” deformasiyaya uğrayıb, sürücüsü xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakta hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR