Bank Of Baku

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 21 dekabr 2022 01:47 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Mayakovski küçəsində qeydə alınıb.

“Toyota” markalı avtomobili idarə edən Emil Məmmədov kəsişmədə “Dayanmadan keçmək qadağandır” - STOP nişanın tələbini pozub.

Bu zaman “Mercedes” markalı avtomobilin sürücüsü əyləcdən istifadə etsə də qəza qaçılmaz olub.

Nəticədə “Mercedes”, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsinə dəyərək ağaca çırpılıb.

Qəza nəticəsində “Toyota” markalı avtomobildə olan iki sərnişin xəsarət alıb.

Onlardan Elvira Alıyevanın vəziyyəti nisbətən ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları əraziyə cəlb edilib.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR