Xəzər rayonu Qala-Türkan yolunda ağır yol qəzasında 1 nəfər xəsarət alıb, 3 nəfər ölüb.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “VAZ-2107”-in sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və onun bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib.
Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
***
18:11
Bakının Xəzər rayonunda, Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, “VAZ-2107”-nin sürücüsü və sərnişini olan azyaşlı ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.