Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Rəşid Behbudov prospekti ilə 28 May küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü yolayrıcını keçərkən digər eyni markalı maşına çırpılıb.
Bu zaman zərbənin təsirindən “Toyota” yol nişanına çırpılaraq dayanıb.
Qəza nəticəsində maşınlardan birinin sərnişini xəsarət alıb.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Avtomobillər evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib.