Bank Of Baku

Bakıda iki qardaş dava edərkən biri mənzili yandırıb - FOTO

Bakıda iki qardaş dava edərkən biri mənzili yandırıb - FOTO
# 05 aprel 2023 04:47 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Azadlıq prospekti 4 ünvanında qeydə alınıb.

Belə ki, mənzil 6 ünvanında yaşayan Əzizov Faiq Tahir oğlu qardaşı Xaliqlə mübahisə edib. Xaliq Əzizov APA-ya bildirib ki, qardaşı ata mülkünü yandıraraq ərazidən uzaqlaşıb. Mübahisəyə səbəb kimi qardaşının ondan pul istəməsi olub. Hadisə vaxtı isə Xaliq Əzizov anası ilə birgə özünün yaşadığı mənzilində olub.

Yanğına görə əraziyə FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun qarşısı alınıb. Otaqlardan biri tamamilə yanıb. Digər hissələr isə alovdan mühafizə edilib.

Ərazidə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları işləyir. Hadisənin təffərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR