Bakıda itkin düşən 75 yaşlı qadın tapılıb.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, 1949-cu il təvəllüdlü Buşkina Lyubov Nikolayevnana polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
***
09:02
Bakıda 75 yaşlı qadın itkin düşüb.
APA xəbər verir ki, Nərimanov rayonu, F.Xoyski küçəsində qeydə alınıb.
Rusiya Federasiyası vətəndaşı Mirzəxanova Maperi Mirzəxan qızı polisə ərizə ilə müraciət edərək 1949-cu il təvəllüdlü qohumu Buşkina Lyubov Nikolayevnanın C.Naxçıvanski küçəsində yerləşən 8 km bazarında naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.
Hazırda Lyubov Buşkina Nikolayevnanın olduğu yerin müəyyən edilməsi istiqamətində axtarışlar aparılır.