Bank Of Baku

Bakıda itkin düşən Türkiyə vətəndaşının yeri məlum olub - YENİLƏNİB

Bakıda itkin düşən Türkiyə vətəndaşının yeri məlum olub  - YENİLƏNİB
# 06 aprel 2023 11:03 (UTC +04:00)

Nərimanov rayonunda iki gün əvvəl itkin düşən Türkiyə vətəndaşının olduğu yer məlum olub.

DİN mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırmalarla itkin düşən şəxsin Türkiyə Respublikasına getməsi müəyyən edilib.

***

09.00

Bakıda Türkiyə vətəndaşı itkin düşüb.

APA xəbər verir ki, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123, mənzil 50 ünvanında müvəqqəti yaşayan 1987-ci il təvəllüdlü Yıldırım Sinan Süleyman oğlu ərizə ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, arvadı 1994-cü il təvəllüdlü Yanardağ Büşra Şevki qızı aprelin 4-də saat 22:00 radələrində birgə yaşadıqları evdən çıxaraq geri qayıtmayıb.
Fakt üzrə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin təhqiqatçısı R.Qurbanov tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR