Bank Of Baku

Bakıda maşından 5 min manatlıq saat oğurlanıb

Bakıda maşından 5 min manatlıq saat oğurlanıb
# 14 iyun 2023 10:29 (UTC +04:00)

İyunun 11-də Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Chevrolet” markalı avtomobildən 5000 manat dəyərində qol saatının qeyri-aşkar şəraitdə oğurlanması məlum olunub.

Əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR