Bank Of Baku

Bakıda minik maşını betonqarışdıran avtomobillə toqquşub

Bakıda minik maşını betonqarışdıran avtomobillə toqquşub
# 21 avqust 2023 01:40 (UTC +04:00)

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Böyükşor gölünün üzərindəki, Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən yolda qeydə alınıb. Belə ki, nəqliyyat hadisəsi "Mitsubishi Pajero" və "Iveco" markalı betonqarışdıran maşının iştirakı ilə qeydə alınıb. Xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, gecə saatlarında sözügedən yolun işıqlandırılmaması səbəbindən tez-tez qəza hadisələri müşahidə edilir.

Elşən Yəhyayaev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR