Bank Of Baku

Bakıda minik maşını yük avtomobilinə çırpılıb, xəsarət alan var - FOTO

Bakıda minik maşını yük avtomobilinə çırpılıb, xəsarət alan var - FOTO
# 21 dekabr 2022 04:05 (UTC +04:00)

Bakının Nərimanov rayonunda minik və yük avtomobilləri toqquşub.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Ziya Nağıyev idarə etdiyi “Toyota” markalı maşında sükana nəzarəti itirib.

Bu zaman minik avtomobili metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan “Jac” markalı yük maşınına çırpılıb.

İdarəetmədən çıxan maşın daha sonra beton yolayrıcına dəyərək dayanıb.

Qəza nəticəsində Z.Nağıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR