Bank Of Baku

Bakıda qaçırılan avtomobillə qəza törədilib

Bakıda qaçırılan avtomobillə qəza törədilib
# 24 may 2023 10:11 (UTC +04:00)

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

DİN-dən APA-ya verilən məlumata görə, mayın 21-də saat 13 radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini Fərid Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub.
F.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR