Bank Of Baku

Bakıda qadın tanışını paltarla boğub öldürən şəxs saxlanılıb

Bakıda qadın tanışını paltarla boğub öldürən şəxs saxlanılıb
# 25 avqust 2023 08:16 (UTC +04:00)

Avqustun 24-də saat 22 radələrində Suraxanı rayon sakini 1977-ci il təvəllüdlü Könül Cəfərovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Suraxanı Rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səbuhi Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR