Bank Of Baku

Bakıda restoranda güclü yanğın baş verib - FOTO - YENİLƏNİB

Bakıda restoranda güclü yanğın baş verib - FOTO  - YENİLƏNİB
# 05 iyul 2023 08:40 (UTC +04:00)

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 m² olan restoranın anbarının yanar konstruksiyaları 14 m² sahədə, 3 ədəd soyuducu, 1 otağında 3 ədəd televizor və tavanın taxta üzlüyü 50 m² sahədə yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 02:54

Bakının Nəsimi rayonunda partlayışla müşahidə olunan güclü yanğın baş verib.

APA xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

Sahəsi125 kvadratmetrlik olan iaşə obyektinin 65 kvadratmetrlik hissəsi yanıb.

Yanğının anbardan başladığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR