Bank Of Baku

Bakıda şagirdə xəsarət yetirilməsi faktı üzrə cinayət işi açılıb

Bakıda şagirdə xəsarət yetirilməsi faktı üzrə cinayət işi açılıb
# 22 aprel 2026 12:58 (UTC +04:00)

Bakıda orta məktəbin IX sinif şagirdinin xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb.

APA-nın əldə etdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsində faktla bağlı cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

TƏBİB-dən APA-ya verilən məlumata görə, aprelin 20-də yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR