Bank Of Baku

Bakıda sexdə yanğın olub

Bakıda sexdə yanğın olub
# 28 dekabr 2022 17:33 (UTC +04:00)

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

FHN-dən APA-ya verilən məlumata görə, ümumi sahəsi 130 m² olan birmərtəbəli istehsalat sexinin dəmir konstruksiyalardan ibarət dam örtüyünün taxta atmaları 100 m² sahədə, içərisində 30 m² sahədə karton taralar və 2 ədəd dəzgah yanıb.

Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 ədəd həcmi 50 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR