Bakıda şirkətdən aldatma yolu ilə 17 min manatlıq avadanlıq alınıb

Bakıda şirkətdən aldatma yolu ilə 17 min manatlıq avadanlıq alınıb
# 09 sentyabr 2024 11:46 (UTC +04:00)

Nizami rayonu ərazisində yerləşən şirkətlərin birindən aldatma yolu ilə 17.480 manat dəyərində elektrik əşyalarının alınması barədə polisə məlumat daxil olub.

APA DİN-ə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən B.Əhmədov və B.Bəşirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR