Bank Of Baku

Bakıda taksi şirkətinin xidməti otağından pul oğurlayan şəxslər saxlanılıb

Bakıda taksi şirkətinin xidməti otağından pul oğurlayan şəxslər saxlanılıb
# 30 avqust 2025 12:30 (UTC +04:00)

Paytaxt ərazisində talama cinayətləri qeydə alınıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda yerləşən taksi şirkətlərinin birinin xidməti otağından 1460 manat, Nərimanov və Sabunçu rayonlarında isə ayrı-ayrı vətəndaşlara məxsus 2702 manat dəyərində nağd pul, qızıl-zinət əşyaları və kompüter avadanlıqları oğurlanıb. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 55 yaşlı N.Nəsirov, əvvəllər məhkum olunmuşlar - 40 yaşlı R.Abbasov və 35 yaşlı Ə.Məmmədov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR