Bank Of Baku

Bakıda təmir sexində usta bədbəxt hadisə nəticəsində ölüb

Bakıda təmir sexində usta bədbəxt hadisə nəticəsində ölüb
# 28 dekabr 2022 11:20 (UTC +04:00)

Dekabrın 27-si saat 18 radələrində paytaxtın Xətai rayonu, Zığ şosesində yerləşən avtotəmir sexində usta işləyən 1968-ci il təvəllüdlü Ələddin Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan xəbər verilib.

Aparılmış araşdırma zamanı Ələddin Abbasovun sexdə təmir etdiyi avtomobilin aşması nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR