Bank Of Baku

Bakıda teplovoz vuran 35 yaşlı kişi 5 gün sonra xəstəxanada ölüb, cinayət işi açılıb

Bakıda teplovoz vuran 35 yaşlı kişi 5 gün sonra xəstəxanada ölüb, cinayət işi açılıb
# 27 avqust 2024 10:26 (UTC +04:00)

Bakıda teplovoz vuran şəxs 5 gün sonra xəstəxanada ölüb.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevin Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun (qatar) ehtiyatsızlıqdan onu vurması nəticəsində almış olduğu xəsarətlərdən avqustun 26-da xəstəxanada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR