Bank Of Baku

Bakıda vətəndaşın pulunu və kartını oğurlayan şəxs saxlanılıb

Bakıda vətəndaşın pulunu və kartını oğurlayan şəxs saxlanılıb
# 17 iyun 2023 11:51 (UTC +04:00)

Bakı şəhər sakini olan bir nəfər iyunun 9-da Binəqədi rayonu ərazisindəki kafelərin birində cüzdanından 90 manat pulunun və bank kartının oğurlanması, sonradan həmin kartından 493 manat dəyərində alış-veriş edilməsi barədə polisə müraciət edib.

DİN-dən APA-ya verilən xəbərə görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəlilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR